Ermənistan ordusunun 2-ci korpusunun komandir heyəti işdən çıxarılıb

Ermənistan silahlı qüvvələrinin İkinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan işdən çıxarılıb. 

Azinformasiya.Az xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb.

Polkovnik Ermənistanın Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində 15 hərbçinin ölümü ilə nəticələnən yanğına görə vəzifəsindən azad olunub.

Bundan başqa, korpus komandirinin müavini, briqadanın qərargah rəisi polkovnik-leytenant Rudik Akopyan, maddi-texniki təchizat briqadası komandirinin müavini polkovnik-leytenant Qor Haqekyan, briqadanın mühəndis xidmətinin rəisi, kapitan Tiqran Qazaryan, mühəndis-istehkamçılar bölüyünün komandiri kapitan Qor Sarkisyan, ikinci ordu korpusu qərargahının rəisi, komandir müavini, polkovnik Miqran Maxsudyan, korpus komandirinin maddi-texniki təminat üzrə müavini polkovnik Şiraz Xaçatryan, korpus komandirinin döyüş xətti üzrə müavini polkovnik Artur Ohanyan da tutuduqları vəzifədən azad ediliblər.

09:35

Ermənistan silahlı qüvvələrinin 2-ci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan tutduğu vəzifədən uzaqlaşdırılacaq.

Azinformasiya.Az xəbər verir ki, bu barədə ölkənin İctimai Televiziyası məlumat yayıb.

Bildirilib ki, Ermənistan rəhbərliyi hərbi hissədə 15 hərbçinin ölümünə səbəb olan yanğına görə korpus komandirini günahkar bilir. Hadisənin baş verdiyi hərbi hissə 2-ci ordu korpusuna daxildir.

Müdafiə Nazirliyi polkovnikin işdən çıxarılacağı barədə məlumatı şərh etməyib.

Qeyd edək ki, ötən gecə Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi ölüb.

Xatırladaq ki, V. Qriqoryan 2021-ci ildə 2-ci ordu korpusunun komandiri təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir