Qondarma Dağlıq Qarabağ rejiminin “prezidenti” Arayik Arutyunyan ordusunun məğlubiyyətini rəsmən elan edib.
Azinformasiya.Az xəbər verir ki, o, canlı yayımda çıxış edərək məğlubiyyətin səbəbləri haqqında danışıb.
Bildirib ki, Qarabağda müasir silahlar olmayıb. O, döyüş əməliyyatları zamanı erməni tərəfinin Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut bölgəsinin əsas hissələri, Martuni və Əsgəran bölgələrinin bir hissəsi və ən əsası Şuşa şəhəri üzərində nəzarəti itirdiyini etiraf edib.
O qeyd edib ki, döyüşlər bir neçə gün davam etsəydi, Ermənistan bütün Qarabağda məğlub olacaqdı.
Arutyunyan bildirib ki, pilotsuz uçuş aparatları “Qarabağ müdafiə ordusu”na böyük ziyan vurub.