Moskvada saxlanılan Kamil Zeynallı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.
Azinformasiya.az News.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan deyib.
“Həmin şəxs qətl ittihamı ilə dövlətlərarası axtarışa verilib”, – deyə o bildirib.
Ermənistan DİN Kamil Zeynallının hansı qətldə ittiham olunduğunu açıqlamayıb.
Xatırladaq ki, azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın tələbi ilə bu gecə Moskvada saxlanılıb.
Azinformasiya.az