Dağlıq Qarabağ bölgəsindəki hərbi fəaliyyət tamamilə dayandırılıb.
Azinformasiya.Az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan deyib.
“Qarabağda vəziyyət sakitdir, ciddi səssizlik hakimdir”, – Tonoyan ictimai televiziyaya müsahibəsində bildirib.
Onun sözlərinə görə, rus sülhməramlıları Qarabağa Gorus, Laçın, Xankəndi istiqamətindən təmas xəttinə göndərilir.