Ermənistanın paytaxtı Yerevanda etirazçılar baş nazir Nikol Paşinyana gecə yarısına qədər könüllü istefaya getməsi ilə bağlı ultimatum veriblər.
Azinformasiya.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, onlar eyni zamanda parlamentin fövqəladə iclasının çağırılmasını tələb ediblər.
Aksiyaçılar hökuməti kütləvi həbslərdən qaçmağa çağıraraq bunun “böyük səhv” olacağını bildiriblər.