İkinci Qarabağ müharibəsinin başlanmasından artıq 1 il keçsə də, 100 erməni hərbçinin meyiti və cəsədinin qalıqları Metsamor morqunun soyuducusunda qalıb.
Azinformasiya.Az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidmətində yer alan reportajda qeyd olunub.
Məlumata əsasən, burada saxlanılanların məhz kim olduğu aydın olsa da, onların ailələri meyitləri götürməkdən imtina edir.
Ölən hərbçilərin genetik test kodları polietilen torbaların üzərində yazılıb. Onların şəxsiyyəti müəyyən edilib və adları məlumdur.
Armavirin məhkəmə tibbi-ekspertiza mərkəzinin koordinatoru Sergey Abqaryanın sözlərinə görə, ailələr ekspertizanın nəticələrinə inanmadıqlarından cəsədi və yaxud qalıqları dəfn etməkdən imtina edirlər.
Bildirilir ki, Metsamor morqunda yalnız bir neçə cəsədin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Buna səbəb isə minanın partlaması nəticəsində cəsədin tamamilə zədələnməsi ola bilər ki, bu da keyfiyyətli nümunə götürməyə imkan verir. Digər bir səbəb isə sözügedən əsgərlərin valideynlərinin DNT analizi verməməsidir.