Ərdoğanla İran Prezidenti arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İran Prezidenti İbrahim Rəisi ilə telefon danışığı olub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Prezident Ərdoğan görüş zamanı Kirmanda baş verən terror aktı ilə bağlı Rəisiyə başsağlığı verib.

O, dinc əhalini hədəf alan terror aktını pisləyib, Türkiyənin terrorla mübarizədə İranın yanında olduğunu bildirərək, İran xalqına səbr diləyib. Türkiyə lidero danışıq əsnasında İranı terrorla mübarizədə birgə hərəkət etməyə çağırdığını təkrarlayıb.

Həmçinin İran prezidenti İbrahim Rəisinin Türkiyəyə səfərinin sonrakı tarixə təxirə salınmasına qərar verilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir