Ərdoğan Zelenskiyə Rusiya və Ukrayna arasında sammitə ev sahibliyi etməyə hazır olduğunu deyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Volodimir Zelenski araında telefon danışığı baş tutub.

 

Azinformasiya.az  Anadolu agentliyinə istinadən xəbər verir ki, danışıq zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq mövzular haqqında fikir mübadiləsi aparılıb.

Ərdoğan Türkiyənin Rusiya və Ukrayna arasında liderlər səviyyəsində sammitə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib. O, ölkəsinin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək göstərməyə davam edəcəyini vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir