Ərdoğan və NATO Baş katibi Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun Baş katibi Mark Rutte Rusiya-Ukrayna müharibəsini müzakirə edib.

 

Azinformasiya.az  xəbər verir ki, Ərdoğan Rutte ilə görüşü zamanı Türkiyənin Ukrayna-Rusiya müharibəsini uzunmüddətli və ədalətli sülhlə sona çatdırmaq üçün səylərini artırdığını diqqətə çatdırıb.

O, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar apardığını, Türkiyənin hərtərəfli atəşkəs əldə olunmasını qətiyyətlə dəstəklədiyini, NATO-nun bu müharibənin bir parçası olmaması mövqeyini müdafiə etdiyini, sülh fürsətinin əldən verilməməsi lazım olduğunu bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir