Ərdoğan: Türkiyə Zelenskinin 10 bəndlik sülh planını dəstəkləyir

Türkiyə Ukraynada sülhün bərqərar olması üçün İstanbul danışıqlar masasını yenidən təsis etməyə hazırdır.

 

Azinformasiya.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ukrayna-Cənub-Şərqi Avropa Sammiti”nə ünvanladığı videomüraciətində deyib.

Türkiyə lideri qeyd edib ki, Türkiyə Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Onun sözlərinə əsasən, müharibəni ədalətli şəkildə bitirmək üçün dialoq və diplomatiyaya yeni şans verilməlidir: “Bu məqsədə çatmaq üçün bütün diplomatik kanallardan ən yüksək səviyyədə istifadə etmək böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, heç olmasa sülhün ümumi parametrlərini müəyyən etmək üçün birgə səylərə başlamaq lazımdır. Bu baxımdan biz Ukrayna lideri Vladimir Zelenskinin 10 bəndlik sülh planını prinsipcə dəstəkləyirik”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir