Türkiyə İranın Kirman şəhərində baş verən terroru pisləyir.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə birgə mətbuat konfransı zamanı bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə İranla bu sahədə əməkdaşlığı daha da dərinləşdirəcək.
Türkiyə lideri, həmçinin qeyd edib ki, İ. Rəisi ilə görüş zamanı Cənubi Qafqazda baş verən hadisələr də müzakirə edilib.
Azinformasiya.az