Ərdoğan Trampla ABŞ və İran arasında atəşkəs razılaşmasını müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

 

Azinformasiya.az  xəbər verir ki, Ərdoğan və Tramp ABŞ-la İran arasında əldə edilmiş iki həftəlik atəşkəs razılaşmasını müzakirə ediblər.

Ərdoğan atəşkəsdən məmnunluğunu ifadə edib. O, atəşkəsin davamlı sülh sazişi üçün çox yaxşı dəyərləndirilməli olduğunu qeyd edib.

Türkiyə Prezidenti atəşkəsin pozulmasına imkan verilməməsinin vacibliyini vurğulayıb.

Ərdoğan həmçinin qeyd edib ki, Türkiyənin Pakistan başda olmaqla dost ölkələrin birgə səylərinə dəstəyi davam edəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir