Ərdoğan: Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra dünyada təhlükəsizlik konseptləri kökündən dəyişib

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra dünyada təhlükəsizlik konseptləri kökündən dəyişib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Milli Kəşfiyyat Təşkilatının qurulmasının 97-ci ildönümü münasibəti ilə keçirilən mərasimdə çıxışı zamanı bildirib.

O vurğulayıb ki, dünya ölkələri artıq silahlanma yarışına girərək təhlükəsizlik struktur və qurumlarına geniş səlahiyyətlər verir.

Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə 2023-cü ildə müdafiə sənayesi sahəsində 5,5 milyard dollarlıq ixracat edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir