Beynəlxalq Atom Enerjisi Agentliyi İsrailin qeydə alınmayan atom bombalarına sahib olub-olmamasını araşdırmalıdır.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlığı Təşkilatının Səudiyyə Ərəbistanında keçirilən 8-ci növbədənkənar zirvəsi toplantısında çıxışı zamanı bildirib.
O, eyni zamanda İsrailin Qəzzada baş verənlərlə bağlı təzminat ödəməli olduğunu da bildirib. Onun sözlərinə əsasən, Qəzzada atəşkəs elan edilməli və humanitar yardımların çatdırılması təmin edilməlidir.
Azinformasiya.az