Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, tərəflər İsrail-İran münaqişəsini, regional və qlobal məsələləri müzakirə edib.
Məlumata əsasən, Ərdoğan İsrailin İrana qarşı hücumlarını ən sərt şəkildə qınadığını və həlak olanlara görə İran xalqına başsağlığı verdiyini bildirib.
Azinformasiya.az