Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyun Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Azinformasiya.az xəbər verir ki, təbrik Türkiyə prezidentinin “X” sosial şəbəkədəki hesabında paylaşılıb.
Təbrikdə deyilir: “Azərbaycanın 15 İyun Milli Qurtuluş Gününü ən səmimi hislərimlə təbrik edir, bütün azərbaycanlı qardaşlarıma salam və məhəbbətimi çatdırıram. Yaşasın Azərbaycan!”
Azinformasiya.az