Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdə Macarıstan Prezidenti Katalin Novak ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, görüş əsnasında Türkiyə-Macarıstan ikitərəfli əlaqələri, qlobal və regional problemlər, İsrailin Qəzzaya hücumları ilə bağlı inkişaflar müzakirə edilib.
Prezident Ərdoğan Türkiyənin bütün münaqişə bölgələrində sülhü təmin etmək və qlobal sülhə xidmət etmək səylərinin davam etdiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, regional və qlobal sülh, insan haqları və beynəlxalq hüququn qorunması üçün İsrailin Fələstin torpaqlarına hücumlarına son qoyulmalıdır.
Bundan başqa, Prezident Ərdoğan Budapeştə səfərindən sonra Türkiyə ilə Macarıstan arasında əlaqələrin daha da dərinləşəcəyinə əminliyini bildirib.
Azinformasiya.az