Ərdoğan İtaliya Baş naziri ilə Suriyanın yenidən qurulmasını müzakirə edib

Türkiyə Prezident Rəcəp Tayyip Ərdoğan və İtaliyanın Baş naziri Ciorcia Meloni arasında telefon danışığı olub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Telefon danışığı əsnasında Türkiyə-İtaliya ikitərəfli əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Suriyanın yenidən qurulması üçün təxirə salınmadan hərəkətə keçmənin vacib olduğunu, Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasının və İtaliyanın bu prosesdə liderliyinin faydalı olacağına inandığını bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir