Ərdoğan İsveçin Baş naziri ilə NATO-ya üzvlük prosesini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsveçin Baş naziri Ulf Kristersson arasında telefon danışığı olub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Danışıq əsnasındaİsveçin NATO-ya üzvlük prosesi, terrorla mübarizə, Türkiyə-İsveç münasibətləri, regional və qlobal problemlər müzakirə edilib.

Ərdoğan Türkiyənin NATO-ya üzvlüyündən sonra İsveçin müttəfiqlik ruhuna uyğun olaraq üçtərəfli memorandumdan irəli gələn öhdəliklərini yerinə yetirəcəyinə inandığını bildirib.

Həmçinin o, iki ölkənin Təhlükəsizlik və Əməkdaşlıq Mexanizmini işə salmasının lazım olduğunu və İsveçin terrorla mübarizədə Türkiyəyə dəstəyinin vacibliyini bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir