Ərdoğan HAMAS liderinin qətlini pisləyib

HAMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda xaincəsinə öldürülməsini qətiyyətlə pisləyirəm.

 

Azinformasiya.az  xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə “X” hesabında yazıb.

“Bu sui-qəsd Fələstin mübarizəsini, Qəzzanın şanlı müqavimətini və fələstinli qardaşlarımızın ədalətli mübarizəsini pozmaq, fələstinliləri ruhdan salmaq və qorxutmaq məqsədi daşıyan bir hərəkətdir”.

O, həmçinin qeyd edib ki, Türkiyə Fələstinə bütün imkanları, bütün gücü ilə dəstək olmağa davam edəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir