Gürcüstan və Azərbaycan faciənin ilk anlarından etibarən bütün imkanlarını səfərbər etdi.
Azinformasiya.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. O bildirib ki, Gürcüstanda C-130 tipli hərbi yük təyyarəsinin qəzaya uğraması zamanı Gürcüstan və Azərbaycan tərəfi hadisənin ilk anlarından etibarən bütün imkanlarını səfərbər edib.
“Qalıqların tapılması, axtarış-xilasetmə qruplarının hadisə bölgəsinə çatdırılması və ərazinin təhlükəsizliyinin təmin edilməsində gücləri səfərbər etdik”– deyə Ərdoğan vurğulayıb.
Azinformasiya.az