Ərdoğan Fələstinlə bağlı Roma Papasına məktub göndərib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinlə bağlı Roma Papası I Fransiskə məktub göndərib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məktubda Qəzzada beynəlxalq və humanitar hüququn pozulmasına artıq icazə verilməməyinin vacibliyi vurğulanıb:

“Bəşəriyyət müharibədə toxunulmaz statusuna malik xəstəxanaların, məktəblərin, məscidlərin və kilsələrin məqsədli şəkildə bombalanmasına qarşı səsini ucaltmalıdır. Fələstin-İsrail məsələsi ədalətli həll olunmadan Yaxın Şərqdə daimi sülh və sabitliyin bərqərar olması mümkün deyil. Müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin Dövlətinin 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olmaqla, yaranması və beynəlxalq birliyin bərabərhüquqlu üzvü kimi qlobal sistemdə öz yerini tutması vacibdir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir