Ərdoğan Daşkənddə İran Prezidenti ilə Qəzzadakı böhranı müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Daşkənddə İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, görüş İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Toplantısı çərçivəsində baş tutub.

Görüş zamanı Qəzzadakı humanitar böhran və həll yolu üçün atılacaq addımlar, Türkiyə-İran ikitərəfli əlaqələri və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı İsrailin hücumlarına son qoyulmasının bölgə və dünyada sülhə xidmət edəcəyini, İslam Əməkdaşlıq Təşkilatının keçiriləcək fövqəladə zirvə toplantısında ədalətli həllə müvəffəq olmaq üçün səy göstərməsinin lazım olduğunu bildirib.

Türkiyənin qarant ölkə rolunu öz üzərinə götürərək problemi həll etməyə hazır olduğunu bildirən Türkiyə lideri vurğulayıb ki, İslam dünyası ortaq mövqe nümayiş etdirməli və İsrailə təzyiqləri artırmalıdır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir