Ərdoğan: Baydenin atəşkəs barədə açıqlaması çox gec, lakin mühüm addımdır

Türkiyə Qəzzada əmin-amanlıq və sülhün bərqərar olması üçün əlindən gələni etməkdən çəkinməyəcək.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman sultanı Heysəm bin Tariq bin Teymur Əl Səidlə Ankarada keçirdiyi mətbuat konfransı zamanı bildirib.

O, ABŞ prezidenti Co Baydenin Qəzzada atəşkəs üçün yeni təşəbbüs irəli sürəcəyinə dair açıqlamasının çox gec, ancaq mühüm addım olduğunu da vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir