Ərdoğan: Başda Azərbaycan olmaqla, zəlzələlərdən sonra göstərilən köməyi əsla unutmayacağıq

“Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərimiz daha da dərinləşir. Başda Azərbaycan olmaqla, bütün qardaş-bacılarımızın 6 fevral zəlzələlərindən sonra göstərdikləri köməyi əsla unutmayacağıq”.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə, prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

“İnşallah, biz də onların qara günlərində, bizə ehtiyac duyduqları hər anda, qarşılıq gözləmədən qardaşlarımızın imdadına yetişəcək, bütün imkanlarımızla bu günə qədər olduğu kimi, yenə yanlarında olacağıq. Dildə, fikirdə, işdə birlik deyən mərhum Qaspıralı İsmail bəyin xəyalını gerçəkləşdirmək üçün birlikdə çalışacağıq”, – deyə o vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir