Ərdoğan: Bəşər Əsəd Suriyanı qoyub qaçdı

“Bəşər Əsəd geridə 1 milyona yaxın insanın qətlə yetirildiyi Suriyanı qoyub qaçdı”.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

Türkiyə liderinin sözlərinə görə, O, Suriyaya təsir edən güclü dəyişiklik küləyinin bütün suriyalılar, xüsusilə mühacirlər üçün faydalı nəticələrə gətirib çıxaracağına inanıb.

Ərdoğan Türkiyədəki suriyalıların könüllü şəkildə ölkələrinə qayıdışının başladığını da vurğulayıb.

“Tıxacın qarşısını almaq və nəqliyyatın hərəkətini asanlaşdırmaq üçün Yayladağı sərhəd keçid məntəqəsini də açırıq”, – Ərdoğan vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir