Azərbaycan və Gürcüstanla üçtərəfli formatda əməkdaşlıq davam etdirilir.
Azinformasiya.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, xüsusilə xarici siyasət və təhlükəsizlik sahələrində Azərbaycan və Gürcüstanla yaradılan üçtərəfli mexanizmlər vasitəsilə regional sülhə və əməkdaşlığa töhfə verilir.
Qeyd olunub ki, Xarici İşlər nazirlərinin növbəti üçtərəfli görüşünün yaxın vaxtlarda Türkiyənin ev sahibliyində keçirilməsi planlaşdırılır. Türkiyə Prezidenti vurğulayıb ki, üçtərəfli parlament sədrləri görüşünün də təşkil edilməsi nəzərdə tutulur.
Azinformasiya.az