Ərdoğan: Almaniya fələstinli əsrilərin azad edilməsi üçün addım atsa, Türkiyə də israilli əsirlərin buraxılmasına kömək edəcək

İsraildə 10 minə yaxın fələstinli əsir var.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O vurğulayıb ki, əgər Almaniya bu əsirlərin azad edilməsi üçün addım atarsa, Türkiyə də HAMAS-ın ələ keçirdiyi israilli əsirlərin buraxılması üçün kömək edəcək.

Ərdoğan, həmçinin qeyd edib ki, Almaniya tərəfi hələ ki, bu təklifə müsbət cavab verməyib: “Almaniya prezidenti bir həftə sonra İsrailə gedəcək. Siz bu addımı atın, biz də qarşılıq verək”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir