Ərdoğan: Aİ-yə üzvlük məsələsində Türkiyəni yubatma prosesi hələ də davam edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Avropa İttifaqına üzvlük prosesində üzləşdiyi maneələrdən danışıb.

 

Azinformasiya.az  xəbər verir ki, o bildirib ki, Türkiyə artıq 50 ildir bu prosesin tamamlanmasını gözləyir, ancaq bu müddət ərzində müxtəlif bəhanələrlə davamlı şəkildə yubatmalarla qarşılaşıb.

“50 ili geridə qoyduq. Təəssüf ki, bizi söz oyunları ilə məşğul etdilər və bu yubatma prosesi hələ də davam edir. NATO-nun ikinci ən böyük quru ordusuna sahibik. Bu proses ərzində gizli və açıq məhdudiyyətlərə, hətta embarqolara məruz qaldıq. Buna baxmayaraq, müdafiə imkanlarımızı inkişaf etdirməyə davam etdik. Avropadan atılacaq addımlar bundan sonrakı mərhələni müəyyən edəcək”, – Ərdoğan vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir