Ərdoğan ABŞ prezidenti ilə telefonda danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə telefonda danışıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq əsnasında İsrailin Qəzzaya hücumları, İsveçin NATO üzvlüyü, F-16 məsələsi və ikitərəfli əlaqələr müzakirə edilib.

Prezident Ərdoğan Qəzzada humanitar fəlakətin dayandırılmasının zəruri olduğunu və ABŞ-ın İsrailə qeyd-şərtsiz dəstəyini geri çəkməsinin tezliklə atəşkəsi təmin edə biləcəyini vurğulayıb. Həmçinin Türkiyə lideri Baydenlə danışığı zamanı bölgədə daimi atəşkəsin təmin edilməsinin ABŞ-ın tarixi məsuliyyəti olduğunu bildirib.

Qeyd edək ki, telefon danışığı ABŞ prezidentinin təşəbbüsü ilə baş tutub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir