Əraqçi: İran dinc məqsədlərlə atom enerjisindən istifadəni təmin edən saziş təklifi üzərində işləyir

İran dinc məqsədlərlə atom enerjisindən istifadəni təmin edən saziş təklifi üzərində işləyir, ancaq ABŞ-a tam etibar etmir.

 

Azinformasiya.az  xəbər verir ki, bu bəyanatı İranın xarici işlər naziri Abbas Əraqçi RT telekanalına müsahibəsində edib.

Əraqçi bildirib ki, plan İranda nüvə silahının olmayacağına zəmanət verəcək və həmçinin ölkənin nüvə texnologiyasından dinc məqsədlərlə istifadə hüququnu təmin edəcək.

O vurğulayıb ki, 2025-ci ildə danışıqlar fonunda ABŞ-ın endirdiyi zərbələrdən sonra İran hələ də Vaşinqtona tam etibar etmir.

Tramp daha əvvəl bəyan edib ki, ABŞ-ı yalnız İranı həm nüvə, həm də raket proqramından məhrum edəcək saziş qane edə bilər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir