Əraqçi: Hörmüz boğazı İranla müharibə şəraitində olmayan ölkələr üçün açıqdır

Hörmüz boğazı İranla müharibə şəraitində olmayan ölkələr üçün açıqdır.

 

Azinformasiya.az “RTHK”-ə xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Van İ ilə telefon danışığında deyib.

O bildirib ki, Hörmüz boğazı hamı üçün açıqdır və gəmilər təhlükəsiz şəkildə keçə bilər, ancaq İranla müharibə vəziyyətində olan ölkələr bu məsələdə nəzərə alınmır.

Van İ isə bütün tərəfləri sülh üçün hər bir imkandan və fürsətdən istifadə etməyə və mümkün qədər tez sülh danışıqlarına başlamağa çağırıb.

O həmçinin qeyd edib ki, gərginliyə səbəb olan məsələlər güc tətbiqi ilə yox, dialoq və danışıqlar yolu ilə həll olunmalıdır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir