Əraqçı: Ermənistan İranı inandıra bilib ki, “Tramp marşrutu” ilə bağlı Tehranın bütün “qırmızı xətləri”nə əməl olunub

Ermənistan Vaşinqton razılaşmalarından sonra “Tramp marşrutu” ilə bağlı İranın bütün “qırmızı xətlər”inə əməl olunduğuna Tehranı inandıra bilib.

 

Azinformasiya.az  xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı IRNA-ya müsahibəsində bildirib.

Nazirin sözlərinə əsasən, məsələnin miqyası hələ tam aydın olmasa da, Ermənistan tərəfi suallara ətraflı cavab verməyə çalışıb.

Əraqçı qeyd edib ki, İran regionda geosiyasi dəyişikliklərdən ehtiyat edirdi, ancaq bu, baş verməyib: “Əlbəttə gələcək proseslər də narahatlıq doğurur, ancaq İranın yaxınlığında heç bir ABŞ hərbi qüvvəsi yerləşdirilməyəcək”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir