Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq

Müharibə başlasa, İran güclü və şokedici tərzdə cavab verəcək.

 

Azinformasiya.az  xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “CNN Türk” kanalına müsahibəsində deyib.

“ABŞ 12 günlük müharibədə məğlub oldu və təyin etdiyi hədəflərin heç birinə çata bilmədi. Sonda isə məcbur olub atəşkəslə bağlı bizə müraciət etdi. Ballistik raketlərimiz yerindədir. Güclü nöqtələrimizə yenidən nəzərə saldıq və daha böyük qüdrətlə hazır vəziyyətdəyik”,- Əraqçi bildirib.

O həmçinin qeyd edib ki, İrana qarşı hücum baş versə, cavab güclü və şokedici olacaq.

“Bu, bizim ABŞ-a verə biləcəyimiz ən aydın mesajdır”,- Əraqçi vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir