İran atəşkəs üçün heç bir müraciət etməyib.
Azinformasiya.az ISNA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Əraqçi İranın heç bir halda ABŞ-la İsrailə atəşkəs üçün müraciət etmədiyini bildirib.
O qeyd edib ki, İran müqavimət göstərməyə davam edəcək.
“Bu müharibə elə bitməlidir ki, düşmənlər bir daha İrana təcavüz etmək fikrinə düşməsinlər”, – İran XİN rəhbəri vurğulayıb.
Azinformasiya.az