İndi ABŞ-la danışıqlar aparmaq üçün münbit şərait mövcud deyil.
Azinformasiya.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi yerli jurnalistlərə açıqlamasında deyib.
“İndi ABŞ-la müzakirələr aparmaq üçün uyğun şərait yoxdur. Buna səbəb isə Amerikanın izlədiyi siyasətdir. İran heç vaxt müzakirə masasını tərk etməyib. Biz hər zaman qarşılıqlı maraqlar və hörmət əsasında danışıqlara hazır olmuşuq. Ancaq ABŞ hökumətində bu cür yanaşma mövcud deyil”, – Əraqçi vurğulayıb.
Azinformasiya.az