Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni təyinat olub.
Azinformasiya.Az-ın xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə polis mayoru Elşad Hacıyev DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
DİN-in Mətbuat Xidməti “Report”a məlumatı təsdiqləyib.
E.Hacıyev bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışırdı.
Qeyd edək ki, BŞBPİ-nin Mətbuat Xidməti ləğv edilib.