Tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağır kritik olaraq qalmaqdadır.
Bu barədə “Yeni Klinika”dan Azinformasiya.Az-a məlumat verilib.
Qeyd edək ki, 47 yaşlı jurnalist sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan E.Əşrəfoğlu daha sonra “Yeni Klinika”ya köçürülüb. O, ötən gün ECMO cihazından ayrılıb.
***
“Yeni Klinika”dan verilən məlumata görə, Elnur Əşrəfoğlunun vəziyyəti kritik ağırdır. Hazırda qanama yoxdur. Bütün dəstək müalicələr davam etdirilir.