Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yeni direktor və baş həkim təyin olunub

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) yeni direktor və baş həkim təyin olunub.

Azinformasiya.Az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Şahin Bəylər oğlu Əkbərov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Nazirinin digər əmri ilə Kamil Elşad oğlu Eyvazov Elmi-Tədqiqat İnstitutunun direktorunun müavini – baş həkim, Rüstəm Rəşidoviç Talışinski isə direktorun elmi işlər üzrə müavini vəzifəsinə təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir