Qəzza şəhərinin Şecaya bölgəsində İsrail hərbçiləri ilə Fələstin radikal HAMAS hərəkatının döyüşçüləri arasında toqquşmalar baş verib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata əsasən, İsrail qüvvələri hərbi imkanlarını bərpa etməyə çalışan HAMAS-ın qalan batalyonlarını təqib etdiklərini iddia edərək yaşayış məntəqələrinə hücumları davam etdirirlər.
Ərazi güclü bombardmanlara məruz qalıb, onlarla fələstinli həlak olub. Kanal qeyd edir ki, buna cavab olaraq Fələstin silahlı müqavimət döyüşçüləri İsrail əsgərlərini pusquya salır və onlara tank əleyhinə raketlərlə hücum edir.
Azinformasiya.az