“Hələlik indiki silahlar döyüşlərdə uğur əldə etməyə kifayət edir”.
“Azinformasiya.Az” xəbər verir ki, bunu ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov AzTV-nin efirində yayımlanan “Əsas məsələ” verilişində bildirib.
O deyib ki, strateji yüksəkliklərin ələ keçirilməsi düşmənin daha dərinliklərdə yerləşən mövqelərinə hücum etməyə imkan verir.
Yaşar Aydəmirov hazırda döyüşlərdə istifadə olunan silahların torpaqlarımızın azad edilməsi üçün kifayət etdiyini bildirib:
“Ordumuzun elə silahları var ki, onlar hələ istifadə olunmur. Ehtiyac olarsa, onlar da istifadə edilə bilər”.