İndi Rusiya ilə münaqişəyə girmək Suriyaya çox baha başa gələcək.
Azinformasiya.az xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şaraa “CBS News”ə müsahibəsində bildirib.
Müsahibə zamanı dövlət başçısı Suriyanın sabiq Prezidenti Bəşər Əsədin məsuliyyətə cəlb olunması üçün bütün mümkün qanuni vasitələrdən istifadə edəcəyini vurğulayıb.
“İndi Rusiya ilə münaqişəyə girmək Suriyaya çox baha başa gələcək və eyni zamanda bu, ölkənin maraqlarına cavab vermir”, – o vurğulayıb.
Azinformasiya.az