Əfqanıstanda 6,3 bal gücündə zəlzələ baş verib

Əfqanıstanda zəlzələ baş verib.

 

Azinformasiya.az “Geo TV”yə istinadən xəbər verir ki, 6,3 bal gücündə zəlzələ qonşu Pakistanın bir sıra bölgələrində, eləcə də İslamabad, Pişəvər və Lahorda da hiss edilib.

Yeraltı təkanlar Pəncab, Xeybər Paxtunxva və Azad Cammu və Kəşmirin (AJK) bir sıra bölgələrində də hiss olunub.

Pakistan Meteorologiya İdarəsinin (PMD) məlumatına əsasən, dərinliyi 213 km olan zəlzələnin episentri Hinduquş bölgəsidir.

Zəlzələ qonşu ölkələrdə, habelə Özbəkistan, Qazaxıstan və Hindistanda da hiss olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir