Efiopiyada torpaq sürüşməsi nəticəsində 229 nəfər ölüb

Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 229-a çatıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

“Ölənlər arasında 148 kişi və 81 qadın var”, – məlumatda deyilir.

Axtarışlar davam etdirilir.

Qeyd edək ki, ölkənin cənubunda Qeze-Qofa bölgəsində aramsız yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir