Dünyanın 62 ölkəsi Sudandan vətəndaşlarını təxliyə edib

Dünyanın 62 ölkəsi Sudandan vətəndaşlarını təxliyə edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Türkiyə, ABŞ, Böyük Britaniya, Cənubi Koreya, Efiopiya, Pakistanla yanaşı, Avropa İttifaqı ölkələri, Asiya və Afrikanın müxtəlif dövlətlərinin də vətəndaşlarını təxliyə etdikləri bildirilib.

Məlumata əsasən, Səudiyyə Ərəbistanı aprelin 26-dək 114-ü krallığın vətəndaşı olmaqla 2148 nəfəri Sudandan çıxarıb.

Qeyd edək ki, aprelin 15-dən Sudanda xüsusi təyinatlı qüvvələrlə nizami ordu bölmələri arasında döyüşlər gedir.

Sudanın səhiyyə naziri ölkədəki qarşıdurmalarda ölənlərin sayının 600 nəfərə çatdığını bildirib. Məlumata görə, 4 minə yaxın insan yaralanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir