Son zamanlar bəzi sosial şəbəkə platformalarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) adından istifadə etməklə yaradılmış bir sıra saxta səhifə və profillərin fəaliyyəti müşahidə edilməkdədi
DTX-nın rəsmi internet saytı olan “https://www.dtx.gov.az/az/” və “Facebook”, “Twitter”, “Instagram”, “Youtube” sosial şəbəkələrində müvafiq olaraq “https://www.facebook.com/DTXAzerbaijan”, “https://twitter.com/DTX_Azerbaijan”, “https://www.instagram.com/azerbaijandtx/”, “https://www.youtube.com/c/DTXofficialchannel” səhifə və kanalları fəaliyyət göstərir və DTX-ya aid məlumatlar yalnız bu mənbələrdə yerləşdirilir. Həmçinin xüsusi vurğulayırıq ki, DTX-nın sosial şəbəkələrdəki rəsmi səhifələri “Facebook”, “Twitter”, “Instagram” və “Youtube” administrasiyaları tərəfindən verilmiş və bu resursların rəsmiliyini təsdiq edən qeydiyyat nişanına sahibdir.
Bununla yanaşı bildiririk ki, sosial şəbəkələrdə DTX-nın rəhbərliyinə məxsus hər hansı profil və ya hesab mövcud deyil.
Vətəndaşlarımızın və KİV nümayəndələrinin diqqətinə çatdırırıq ki, DTX-nın fəaliyyəti barədə məlumatlar yalnız yuxarıda qeyd olunan DTX-nın rəsmi internet resurslarından əldə olunmalıdır.