DSX-nin 26 yaşlı baş çavuşu xidmət zamanı vəfat etdi

Dövlət Sərhəd Xidmətinin baş çavuşu xidmət etdiyi hərbi hissədə vəfat edib. 

Azinformasiya.Az DSX-nin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, dekabrın 10-da saat 10:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1995-ci il təvəllüdlü baş çavuş Məmmədzadə Pərviz Baba oğlunun xidmət etdiyi hərbi hissədə ilkin ehtimala görə ürəktutmadan halı pisləşib.

Onun dərhal Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılması üzrə zəruri tədbirlərin görülməsinə baxmayaraq hərbi qulluqçu yolda dünyasını dəyişib.

Hazırda baş çavuş P.Məmmədzadənin ölüm səbəbinin araşdırılması üzrə müvafiq tədbirlər həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir