Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri Kəlbəcər və Laçın rayonları ilə birlikdə dövlət sərhədinin Zəngilan rayonu istiqamətində də təxribat törətməyə cəhd edib.
Bu barədə Azinformasiya.Az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, DSX-nin bölmələri bu təxribatların qarşısını qətiyyətlə alıb, erməni hərbi birləşmələrinə güclü və sarsıdıcı zərbələr endiriblər: “Bundan sonra düşmən, ağır itkilər verərək geri çəkilib”.