DSX Akademiyasının kursantı onkoloji xəstəlikdən vəfat edib

Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının kursantının ölümü ilə bağlı məlumat yayıb.

Hərbi Prokurorluqdan Azinformasiya.Az-a daxil olan məlumatda deyilir:

“Daxil olan məlumat əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər zəruri hərəkətlər icra edilib.

Fakt üzrə Bakı Hərbi Prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”.

17:40

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının 4-cü kursunda təhsil alan, 2001-ci il təvəllüdlü kursant Nağıyev Murad Müslüm oğlu aprel ayının 13-də müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən vəfat edib.

Bu barədə Azinformasiya.Az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, həkimlər tərəfindən zəruri müalicə tədbirlərinin görülməsinə baxmayaraq hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir