Azərbaycan–Ermənistan sərhədi boyunca ümumilikdə 211 hektar ərazidə, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş sahəsinin 77 hektar məsafəsində həyata keçirdiyi axtarış fəaliyyətləri nəticəsində ümumilikdə 1370 ədəd piyada əleyhinə, 1438 ədəd tank əleyhinə mina, 218 partlamamış hərbi sursat, 50 silah və ləvazimat, 9560 müxtəlif çaplı sursat, partladıcı, alışdırıcı vasitə aşkarlanıb.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, hazırda azad olunmuş ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.